YAP-dan müxalıfətin dəvətinə - REAKSİYA

2 Oktyabr 2012 09:49 (UTC+04:00)


"Bizə müraciət daxil olmayıb". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı İctimai Palatanın və Ziyalılar Forumunun keçirdiyi ümumxalq müşavirəsinə YAP-ın da dəvət ediləcəyi xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsindən dəvət gələrsə, bu, müzakirə olunacaq: "Mən bu məsələdə qərar verə bilmərəm. Əvvəlcə müraciət daxil olmalıdır. Sonra biz həmin müraciəti YAP-ın iclasında müzakirə edəcəyik. Həmin iclasdan sonra bizim partiyanın orada iştirak edib-etməyəcəyimizi bəlli olacaq".

Millət vəkili Aydın Mirzəzadə isə həmin müşavirədə iştirak etməyəcəyini deyib: "Dəvət gəlsə belə, mən orada iştirakdan imtina edəcəm".

İlkin
AzNews.az