Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

2 Oktyabr 2012 09:57 (UTC+04:00)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 7-ci turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

"İnter" – "Neftçi" matçının 49-cu dəqiqəsində "İnter"in futbolçusu Xanlar Zamanov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində "İnter"in futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

"Qəbələ" – AZAL matçının 87-ci dəqiqəsində AZAL-ın futbolçusu Abbas Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

"Turan" – "Xəzər Lənkəran" matçında "Turan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

"Rəvan" – "Kəpəz" matçının 43-cü dəqiqəsində "Rəvan"ın futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

"Sumqayıt" – "Neftçi" matçının 55-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Fariz Ramazanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

AzNews.az