Homoseksualist uşaqların müalicəsi qadağan edildi

2 Oktyabr 2012 10:17 (UTC+04:00)
ABŞ-ın Kaliforniya ştatının qubernatoru 18 yaşına qədər uşaqların cinsi orientasiyasının tibbi yolla dəyişdirilməsini qadağan edən qanun imzalayıb.

Qubernator Ceri Braunun sözlərinə görə, bundan sonra uşaqların cinsi orientasiyasını dəyişdirmək istəyi "şarlatanlıq" hesab ediləcək.
CNN-nin məlumatına görə, qubernator fikrini belə üsulların uşaqlarda depresiya yaratması və onları intihara sürükləməsi ilə əlaqələndirib.

Amma qubernatorun qərarının əlehinə çıxanlar da var. Onlar məsələnin məhkəmə yolu ilə həllinə nail olacaqlarına ümid edirlər. Yeni qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Elnarə Əlosmanqızı
AzNews.az