Ronaldonun sabiq sevgilisi klipə çəkildi – VİDEO
19 Yanvar 2015 15:30 (UTC+04:00)
AzNews.az xəbər verir ki, İrina Şeyk müğənni Mark Entoni və Romeo Santosun birgə hazırladığı "Yo Tambien" kompozisiyasında çəkilib.
Klipin prezentasiyası yanvar ayının 23-nə planlaşdırılıb.
Qeyd edək ki, İrina ilə Ronaldonun 5 illik sevgisinə elə İrinanın özü son qoyub. Belə ki, İrina ötən ilin sonunda Ronaldonun anasının 60 yaşı ilə bağlı keçirilən məslisə getməyib. Bu isə Ronaldonu bərk əsəbiləşdirib və o, tatar qızından ayrılmaq qərarına gəlib.
29 yaşlı İrinanın rəsmi nümayəndəsi "US Weekly" nəşrinə müsahibə verərkən ayrılmaq haqda gedən söz-söhbətlərin doğru olduğunu təsdiq edib: "Ancaq bu, onların ailəsilə bağlı olan məsələ deyil, çünki cütlük bir-birinin ailə mərasimlərində həmişə yaxından iştirak ediblər".