Tunarın axtarışda olduğu qız kimdir? – EKSKLÜZİV

2 Oktyabr 2012 10:40 (UTC+04:00)
Bu günlərdə tanınmış müğənni Tunar Rəhmanoğlu açıqlama verərək bildirib ki, uzun müddət qız axtarışında olub və özünə uyğun xanım tapa bilməyib. Nəhayət ki, müğənninin axtarışı öz nəticəsini verib.

AzNews.az-ın məlumatına görə, bir neçə gün bundan əvvəl Azərbaycanın ev sahibi olduğu "Miss Civilization of The World" müsabiqəsi keçirildi və Tunar da həmin müsabiqəni izləmək üçün tamaşaçıların arasında olub. O, müsabiqə bitdikdən sonra türk gözəli Hande Erçel ilə səhnəarxasında çəkdirdiyi şəkil kənardan müşahidə edənlərin marağına səbəb olub.

Qeyd edək ki, T.Rəhmanoğlu ailə qurmağa hazırlaşdığını müsahibələrində qeyd edib.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az