7 ermənini öldürən əsgər haqda şok faktlar – ABŞ-la əlaqələri üzə çıxdı

20 Yanvar 2015 15:37 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "topwar" saytı (Hərbi icmal) yayıb.

Müəllif Voldin Aleksey yazıb ki, Gümrüdə baş verənlər əslində Ermənistanla Rusiya əlaqələrinə bir zərbə vurmaq məqsədini daşıyır, çünki 102-ci hərbi bazanın tarixində hələ belə bir cinayət hadisəi olmayıb.

"Deməli, kimsə bu iki dövlət arasında hökm sürən dostluq əlaqələrini dağıtmaq istəyir. Onlar üçün bütöv bir ailənin öldürülməsi önəmli deyil. Önəmli olan əlaqələrin pozulmasıdır. Gəlin, kiçik serjant Valeri Permyakovun ailəsinə diqqət yetirək. O, Rusiyanın Zabaykalye bölgəsində anadan olub. Valeri orta məktəbi 12 min əhalisi olan Baley şəhərçiyində bitirib. Onun müəllimləri deyir ki, Valeri tərbiyəli və ağıllı uşaq olub. Heç vaxt heç kəsə zərər vurmayıb. Ancaq onun ailəsində qara ləkə də var. Belə ki, Valerinin qardaşı qısqanclıq zəminində kimisə öldürüb.

Valerinin özü isə ABŞ-da yaşayan qohum və tanışları ilə yazışıb. Bu haqda yerli media xəbər yayıb. Ancaq o xəbərin doğruluğu hələ öz təsdiqini tapmayıb. Deməli, Valeri qətl planını öncədən düşünüb və qaçmaq üçün Türkiyə sərhədinə gəlib. Onun yeganə səhvi adı yazılan ayaqqabısını hadisə yerində qoyması olub.

Valeri tələsdiyindən yəqin bunun fərqinə varmayıb və mülki geyimdə aradan çıxmaq istəyib. Burda maraqlı bir məqam da ondan ibarətdir ki, qətl planını Valeri tək hazırlayıb, yoxsa ona bu işdə yardım edənlər olub", - deyə müəllif vurğulayıb.

Xatırladaq ki, Valeri Permyakov Bayandur kəndi yaxınlığında tutulan zaman onun cibində 3 dənə mobil telefon, elektrik fonarı və 6 min dram (13 dollar) pul olub.

AzNews.az