Facebook spamlarından qurtulmaq istəyənlərin DİQQƏTİNƏ
21 Yanvar 2015 16:36 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bir neçə dəqiqə ərzində istifadəçilər tərəfindən paylaşılan tətbiqetmə şəbəkədə yaratdığı "Ziyarətçilər" bölməsi ilə insanları çaşdırıb. Yeni bölmənin yarandığını görən istifadəçi Facebook rəhbərliyinin çoxdan söz verdiyi əməliyyatı həyata keçirdiyini düşünür və linkə daxil olur.
Bundan sonra həmin istifadəçinin profili tətbiqi yaradan şəxsin reklam bazarına daxil olur. O, istənilən məlumatı yüzlərlə şəxsin profilində yayımlayır, minlərlə şəxsi istədiyi yerə cəlb edir.
"Profilinə baxanları göstər" tipli tətbiqlərin işləmə prinsipi çox sadədir. Tətbiq istifadəçinin profilini araşdırır, daha çox şərh yazan və bəyənən dostları siyahıya əlavə edir.
Tətbiqin quraşdırılması üçün istifadəçi tətbiqə öz adından paylaşım etmək və digər əməliyyatları həyata keçirmək icazəsi verir.
Spamlardan "Facebook" parolunun oğurlanması və daha ciddi şeylər üçün də istifadə edilir.
Həmin spamlardan qurtulmaq üçünsə aşağıda yazılanlara əməl etməyiniz kifayətdir:
Yüklənən tətbiq "Google Chrome"un tətbiqlər bölməsində (chrome://extensions/) ola bilər. Onu aradan qaldırmaq üçün bu bölmədən həmin tətbiqi silmək lazımdır. Həmin tətbiqi "Facebook"un proqramlar və tətbiqlər bölməsindən (https://www.facebook.com/settings?tab=applications) də silmək lazımdır.
Yuxarıdakı linkə daxil olub "App"lar içindən spam yayanı tapmaq və silmək olar.



Nigar
AzNews.az