Saakaşvilinin komandası istefaya göndərilir

2 Oktyabr 2012 17:15 (UTC+04:00)


Gürcüstan Prezidenti Mixail Saakaşvilinin komandası istefaya göndərilir. Belə ki, Tbilisidə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili bildirib ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin indiki komandasının heç bir naziri yeni hökumətin nümayəndəsi ola bilməz: "Tək nazirlər deyil, onların müavinləri də vəzifələrindən azad ediləcəklər. Bu, birmənalıdır".

Həmçinin, İvanişvili Gürcüstan Prezidentinə istefaya getməyi və növbədənkənar prezident seçkilərini elan etməyi məsləhət görüb. O, Saakaşvilinin istefasını gözlədiyini də bildirib: "Əgər Saakaşvili vəzifəsindən imtina etməsə, koalisiya vəziyyətdən çıxış yolu tapacaq. Ona görə də, ən yaxşısı özünün istefaya getməsidir. Əks halda ölkədə konstitusiya böhranı baş verə bilər. Çünki yeni konstitusiya ikihakimiyyətliliyi nəzərdə tutur və hazırda vəziyyət çox mürəkkəbdir".

Sevinc
AzNews.az