Eks-prezidentin məzarı açıldı

2 Oktyabr 2012 17:17 (UTC+04:00)


Türkiyənin mərhum prezidenti Turqut Özalın məzarı eksqumasiya edilib. Bu barədə jurnalistlərə İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı açıqlama verib.

AzNews.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Turan Çolakkadı Türkiyənin 8-ci prezidentinin nəşi məhkəmə tibb ekspertizasına göndərildiyini bildirib. Burada cəsədin qalıqlarından xüsusi nümunələr götürüldükdən sonra T.Özalın nəşi ailəsinə təslim ediləcək. Araşdırmaların nəticələri iki aydan tez açıqlanmayacaq.

Sevinc
AzNews.az