Mirmahmud Mirəlioğlunun daha bir müavini dönük çıxdı

2 Oktyabr 2012 18:07 (UTC+04:00)


KXCP sədri Mirmahmud Mirəlioğlunun müavini, bu partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusibov tutduğu vəzifədən istefa verib. Bu barədə Avropa.info-ya Ə. Yusibov özü məlumat verib. O bildirib ki, 1 oktyabr tarixindən etibarən KXCP sədrinin müavini və Daimi Seçki Qərərgahının rəhbəri postlarından istefa verib. O deyib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: "Ola bilər 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər".

Ədalət Yusibov onu da söylədi ki, o, KXCP-nin üzvü və Salyan rayon təşkilatının sədri kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ədalət Yusibov hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.