Bəşər Əsəd ermənilərə sığındı

2 Oktyabr 2012 18:13 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsədin harada olduğu barədə ziddiyyətli fikirlər səsləndirildiyi bir zamanda prezidentin ölkənin ikinci böyük şəhəri Aleppoda olduğu barədə məlumatlar yayılıb.

Şəhərdə gərgin döyüşlər getdiyi ərəfədə B.Əsədin səfərinin məqsədi naməlumdur. Livanda nəşr olunan "Əl -Dar" qəzetinin yazdığına görə, Əsəd hətta şəhərə 30 min əsgərin cəlb edilməsi göstərişini verib. Suriya dövlət mətbuatı səfər barədə susmağa üstünlük verir. Aleppo əhalisinin böyük əksəriyyətinin ermənilər olması isə Suriya prezidentinin ermənilərə güvənməsi kimi qəbul edilir.

Elnarə Əlosmanqızı
AzNews.az