Ermənilər Qarabağa turist axtarışına çıxıb

2 Oktyabr 2012 18:18 (UTC+04:00)
Azərbaycanını işğal olunmuş ərazilərinə xarici turistləri cəlb etmək üçün ermənilər müxtəlif tədbirlər həyata keçirir. Şuşada təşkil olunan müasir incəsənət festivalı da bu məqsədə xidmət edir.

Festival çərşivəsində Qarabağ müharibəsi zamanı ataları müharibədə öldükdən sonra dünyaya gələn uşaqların fotolarını çəkən German Avakyan adlı fotoqrafın də əsərlərinin nümayış etdiriləcəyi bildirilib. Qondarma "DQR" rəhbərliyi festivalda gələcəkdə əcnəbi qonaqların da iştirakına ümid etdiklərini vurğulayaraq bunun bölgəyə turistləri cəlb etməyə imkan yaradacağını təxmin edir.

Elnarə Əlosmanqızı
AzNews.az