Prezidentin qızının bank hesablarına həbs qoyuldu

2 Oktyabr 2012 18:31 (UTC+04:00)


İsveç prokurorluğu "Nordea" bankında "Takilant" şirkətinə məxsus 30 milyon dollara həbs qoyub. "Röyters" xəbər verir ki, "Takilant"ın Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqədə olduğu güman edilir. Ehtimala əsasən, aktivlərin həbs edilməsi Özbəkistanda fəaliyyət göstərən "Telia Sonera" fin-İsveç mobil operatorun fəaliyyəti yoxlanıldıqdan sonra verilib.

Sentyabrın ortalarında İsveç jurnalistləri "Telia Sonera" barəsində hazırlanmış süjet təqdim ediblər. Süjetdə şirkətin 3 G-ə görə "Ucell" operatorundan rüşvət almasından bəhs olunub.

Özünü günahsız sayan "Telia Sonera"a qarşı heç bir ittiham irəli sürülməyib. Şirkət "Takilant"ın aktivlərini şərh verməkdən isə imtina edib. "Fərqanə" agentliyinin məlumatına görə isə, "Takilant" Gülnarə Kərimovanın "sağ əli" sayılır. Şirkətin rəhbəri isə erməni Qayana Abakyandır.

AzNews.az