Rusiyanın əhalisi getdikcə azalır

23 Yanvar 2015 16:38 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat RBK saytının apardığı araşdırma nəticəsində bəlli olub.

Araşdırmaya görə Rusiyanın 800 şəhərinin əhalisində azalma qeydə alınıb. 200-dən çox şəhərin isə əhalisi 25 faiz aşağı düşüb.

Krım da daxil olmaqla Rusiyada hazırda 1128 şəhər var. Bu şəhərlərdə 100.5 milyon insan yaşayır. Bu da Rusiya əhalisinin 69 faizi deməkdir.


Rusiya şəhərlərində daha çox azalma şimal və Uzaq Şərq bölgələrində olub. Bu siyahıda ilk yeri 46 faiz azalma ilə Çukotka tutur. Sonrakı yerləri isə Maqadan (41), Murmansk (36), Saxalin (22) vilayətləri və Kamçatsk diyarı (31) tutur.

Əhalinin daha çox artımı 97 faizlə İnquşetiyada olub. Sonrakı yerlərdə isə Dağıstan (64), Moskva (34), Xantı-Mansiysk (32) qərarlaşıb.