Ukrayna ordusundan ağır zərbə- Batalyon məhv edildi

23 Yanvar 2015 20:14 (UTC+04:00)


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələri separatçıların batalyonunu məhv edib. Belə ki, 50 terrorçu öldürülüb, 5 nəfər əsir götürülüb, 2 "BMP", 4 tank, hərbi maşın və silah-sursat ələ keçirilib.

Ukrayna Daxili İşlər Nazirliyi də açıqlamasında bir uşaq bağçasına mərmi düşdüyünü, xəsarət alanların olmadığını bildirib.