“Titanik”in sərnişininin məktubu 12 min dollara satıldı
24 Yanvar 2015 09:13 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Məlumata görə, adı çəkilən məktub Lyusil Daff-Qordon tərəfindən 1912-ci ilin may ayında yazılıb.
Lyusil bir qayıqda sağ qalan 12 nəfərdən biri olub. Əslində bu qayıq 40 nəfər üçün nəzərdə tutulubmuş.
Sonradan onun ərini gəmi heyətinə pul verməkdə ittiham ediblər. Guya onun göstərişilə batan gəminin kapitanı bu insanların xilas edilməsi üçün qayığı suya tez salıb. Ancaq həmin ittiham zaman keçdikdən sonra ləğv edilib.