Cennifer Lopesdən yeni açıq-saçıq FOTOSİLSİLƏ

24 Yanvar 2015 11:02 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, aktrisanın gözəlliyi qarşısında bu dəfə "Complex" nəşrinin fotoqrafı aciz qalıb.

Cennifer bugünədək çox böyük nailiyyətlər əldə edib. O, çoxsaylı filmlərə çəkilib, 15 musiqi albomu buraxdırıb. JLO ləqəbilə tanınan rəqqasə, həmçinin özünü biznes sahəsində də sınayıb. Onun hazırda "JLo by Jennifer Lopez" adlı mağazalar şəbəkəsi var. 2005-ci ildə isə onun yeni "Sweetface" paltar markası üzə çıxıb. Lopes 2002-ci Kaliforniya ştatının Pasadena şəhərində "Madres" adlı Kuba restoranını açıb.

O, parfümer sahəsində də uğur qazanıb. Belə ki, onun "Glow by J.Lo" adlı ətri satış rekordu qırıb.

Cennifer Lopes dünyada hüquq müdafiəçisi kimi də tanınır. Ancaq bütün bunlara baxmayaraq o, 2013-cü ildə media tərəfindən bərk tənqid edilib. Belə ki, o, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 56-cı ad günündə iştirakına görə qınaq mənbəyinə çevrilib.

Xatırladaq ki, Türkmənbaşı şəhərinin 12-ci kilometrliyində yerləşən "Avaza" milli turist zonasında Cennifer məşhur "Happy Birthday, Mr. President" mahnısını oxuyub.