Monika Belluççi azərbaycanlıyla kinoya çəkilir

3 Oktyabr 2012 06:01 (UTC+04:00)
Dünyanın məşhur aktrisası Monika Belluççinin çəkiləcəyi yeni filmdə tərəf müqabili azərbaycanlı şəxs olacaq. AzNews.az-ın məlumatına görə, filmdə italiyalı aktrisanın tərəf-müqabilləri "Eurovision-2009" mahnı müsabiqəsində ölkəmizi təmsil edən əslən azərbaycanlı müğənni Araş Labafdır. Həmçinin filmdə türk aktyorları Beren Saat və Yılmaz Ərdoğan da rola alıb.

Məlumat üçün bildirək ki, "Uzunqulaqlarla üzmək" adlı filmin süjet xəttini İran inqilabından bu günə qədər siyasi dəyişikliklər fonunda cərəyan edən sevgi əhvalatı təşkil edir. On ölkənin ayrı-ayrı rejissorları tərəfindən ekranlaşdırılacaq filmin İslam hissəsini çəkmək Bəhmən Qodabinin payına düşüb.

Fuad Mədətov
AzNews.az