Qaçqınların sayı 300 mini keçib

3 Oktyabr 2012 06:19 (UTC+04:00)
İordaniya, Livan, Türkiyə və İraqda məskunlaşmış suriyalı qaçqınların sayı 311 500 nəfərə çatıb. Bu isə 3 ay əvvəl qeydə alınmış rəqəmdən 3 dəfə çoxdur. AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilir ki, İordaniyaya köç etmiş 103488 suriyalı qaçqının 35 faizi düşərgələrdə məskunlaşıb.

Livanda 80800, Türkiyədə 94000, İraqda 33704 suriyalı qaçqın qeydə alınıb. İlin sonuna kimi qonşu ölkələrdə 700 mindən artıq suriyalı qaçqının sığınacaq tapacağı proqnozlaşdırılır. Qaçqınların sayının artması Suriya üçün humanitar plana yenidən baxılmasını zəruri edir. Bu günədək həmin planın maliyyələşməsinə 487,9 milyon dollar xərclənib.

Sevinc
AzNews.az