İnternet ləğv olunacaq - “Google” şirkətinin rəhbəri
26 Yanvar 2015 08:43 (UTC+04:00)
AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri "Google" şirkətinin rəhbəri jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Erik Şmidt deyib: "İnternet ləğv olunacaq. İP-ünvanı, qurğu və müxtəlif qəbuledicilər, üzərinizə taxılmış, təmasda olduğunuz əşyalar o qədər çoxalacaq ki, siz bunu hiss edə bilməyəcəksiniz. O, daim ətrafınızda olacaq".
Həmçinin internetin gələcəyini smartfonlar və onların proqramlarının dəyişdirəcəyini deyən E.Şmidt bu sahədə bazarın tamamilə açıq olduğunu vurğulayıb.
Müsahibəsində başqa mövzulara, əsasən Koreya Xalq Demokratik Respublikasına səfərinə toxunan sahibkar orada internetə çıxışın yetərincə olduğunu, lakin "Rouminq"in işləmədiyini və şəbəkədən istifadənin "sərt nəzarətdə" saxlandığını da bildirib.