Ermənistan Şenqen ölkələri ilə vizanı ləğv edir

3 Oktyabr 2012 06:34 (UTC+04:00)
Ermənistan Şenqen ölkələri ilə viza rejimini asanlaşdırmaq istiqamətində işə başlayıb. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, artıq 27 Avropa Birliyi ölkəsi və Birliyə üzv olmayan İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə vətəndaşları Ermənistana vizasız səfər edə biləcəklər.

Ermənistanda hesab edirlər ki, bu addım turizmin inkişafına xeyli dərəcədə müsbət təsir edəcək. Bundan əlavə Birlik ölkələri ilə Ermənistan arasında münasibətlərin inkişafına gətirib çıxaracaq.

Nəticədə qərb investisiyası ölkəyə daha rahat daxil olma imkanı əldə edəcək. Bu isə yeni iş yerlərinin yaradılması, ümumi sosial rifahın artması deməkdir.

O, ki, qaldı Ermənistan vətəndaşlarının Birlik ölkələrinə vizasız gediş-gəlişinə-bu da mərhələli həll olunacaq. İlkin olaraq dövlət rəsmiləri, elm və incəsənət adamları, idmançılar, jurnalistlər sadələşdirilmiş viza rejimindən faydalana biləcəklər.

Sadiq Musa
AzNews.az