72 yaşlı kişini vuran sürücü saxlanıldı

3 Oktyabr 2012 06:54 (UTC+04:00)
Bakının Xətai rayonunda yaşlı piyada yol qəzasının qurbanı olub. Neapol dairəsində 72 yaşlı Bulud Teymurovu naməlum maşın vuraraq qaçıb. Piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan axtarış nəticəsində piyadanı vurub qaçan "VAZ-21015" markalı maşın müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sevinc
AzNews.az