“Dayandırılmış müsiqi” filmi nümayiş olunacaq - VİDEO

3 Oktyabr 2012 07:15 (UTC+04:00)


Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edən "Dayandırılmış musiqi" adlı bədii filmi ekran üzü görəcək. Film noyabrın 10-da, Moskva Kinematoqrafçılar İttifaqının kino evində nümayiş etdiriləcək. Filmdə 20 il əvvəl Qarabağda baş verən hadisələr əks olunur.

Filmin mətbuatla əlaqələr üzrə nümayəndəsi Kristina Marand-Naçkebiyanın verdiyi məlumata görə, premyerada Azərbaycan və erməni diaspor nümayəndələri ilə yanaşı Rusiya mədəniyyət və incəsənət xadimləri də iştirak edəcək.

Onun sözlərinə görə, filmin müəllifləri kino dili ilə Ermənistan-Azərbaycan münasibətlərinin gərginliyindən bəhs etməyə çalışıblar. Filmdə münaqişənin danışıqlar yolu ilə həll olunması və gələcək nəsillərə saxlanılmaması təlqin edilir.



Sadiq Musa
AzNews.az