ARDNŞ 467 şikayətə baxıb

3 Oktyabr 2012 07:22 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətində insan resurslarının idarə olunmasına dair müşavirə keçirilib. Şirkətdən verilən məlumata görə, müşavirədə insan resursları departamentinin rəisi Asif Bəkirli, şöbə rəisləri - Teymur Mahmudov, Tural Məmmədov çıxış edərək, görülən işlər barədə məlumat veriblər.

Məlum olub ki, departament fəaliyyətə başlayan dövrdən 1880 vakant yer elan edilib ki, bu yerlərə də 28908 nəfər imtahanda iştirak edib. İmtahan nəticələrinə əsasən 3924 nəfər müsabiqəyə qatılıb və 1036 nəfər iş təklifi alıb. Başqa işə keçirilmə ilə bağlı 2786 nəfər müraciət edib ki, onlardan da 2406 nəfərinə müsbət cavab verilib. 380 müraciətin müsbət cavablandırılmayıb. 467 şikayət və müraciət isə cavablandırılıb.

Xarici təqaüd proqramlarında iştirak etmək üçün müraciət edən 110 nəfərdən 96 nəfəri müsabiqəyə buraxılıb ki, onlardan da 35 nəfəri təqaüdçü seçilib. Daxili təqaüd proqramında iştirak etmək istəyənlər 2014 nəfər təşkil edib və onlardan da 184 nəfəri barədə müsbət rəy verilib.

Elnarə Əlosmanqızı
AzNews.az