Putin və Ərdoğan Bakıya birlikdə gələcəklər?

3 Oktyabr 2012 07:26 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin yüksək səviyyəli Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Ankaraya gedəcək. ANS PRESS Türkiyənin "Sabah" qəzetinə istinadən bildirir ki, Türkiyə baş naziri Rəcəp Tayyib Ərdoğanın qonağı olacaq Rusiya prezidentinin səfəri iki gün davam edəcək.

Oktyabrın 16-da isə Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Bakıya gələcək. Adıçəkilən qəzet Türkiyə baş naziri və Rusiya prezidentinin Bakıya birlikdə gəlmək ehtimalının olduğunu yazıb.

AzNews.az