İranda “casus daş” partlayıb

3 Oktyabr 2012 08:06 (UTC+04:00)
İranda uranın zənginləşdirilməsi ilə məşğul olan zavodun yaxınlığında qəribə hadisə baş verib. Belə ki, ərazidə asayişi qoruyan təhlükəsizlik qüvvələri qəribə daş parçasına rast gəliblər. Onların daşı əllərinə alması ilə bu qeyri-adi daş partlayıb.

Bəzi mütəxəssislərin fikrincə, daş "casus daşı" hesab edilməlidir. Məsələ ilə bağlı açıqlama verən İran rəsmisi Ələddin Brucerdi baş verən hadisəyə görə Almaniya şirkətini ittiham edib. Onun fikrincə, tapılan daş miniatür partlayıcı qurğudur və uranın zənginləşdirilməsinin qarşısını almaq məqsədi daşıyıb.

Dünyada belə "daş casus"lardan istifadə edilməsi təcrübəsinə diqqəti çəkən İran tərəfi Amerika və İsrailin bu vasitədən geniş istifadə etdiyini vurğulayıb.

Alpər
AzNews.az