Nuşirəvan Məhərrəmli yenidən sədr oldu

28 Yanvar 2015 15:42 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sədr şuranın bu gün keçirilən iclasında seçilib.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri olub.

Qeyd edək ki, MTRŞ Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir.

Şuranın sədri şura üzvləri tərəfindən seçilir.