Basdırılandan 5 gün sonra evə qayıtdı

28 Yanvar 2015 19:37 (UTC+04:00)


Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, pişik avtomobil tərəfindən vurulduqdan sonra baytarın yanına aparılmışdı.

Lakin baytar onun öldüyünü açıqlayandan sonra pişik sahibi Ellis Huston tərəfindən basdırılıb. Beş gündən sonra isə E.Huston pişiyi evinin qarşısında tapıb.

Pişik çənəsi qırıq, sol gözü isə zərər görmüş vəziyyətdə aşkar edilib. Onun basdırıldığı yerdən necə çıxdığı bilinmir.