Bişkekdə etirazçılar hökumət evinə girdi

3 Oktyabr 2012 08:13 (UTC+04:00)


Bişkekdə böyük etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları hökumət evinə hücum etməyə çalışırlar. Verilən məlumata görə, parlament və prezident aparatının yerləşdiyi hökumət evinin həyətinə artıq onlarla etirazçı daxil ola bilib.

Onlar birbaşa binanın içərisinə daxil olmağa çalışırlar. 500 dən artıq aksiyaçının isə şəhərin mərkəzi meydanında toplaşdığı deyilir. Aksiyaçıların tələbi isə, Kanada ilə müştərək fəaliyyət göstərən "Kumtor" qızıl yatağının milliləşdirilməsidir.

Sadiq Musa
AzNews.az