DJ Çinanı təhdid etdilər - İDDİA

3 Oktyabr 2012 08:19 (UTC+04:00)

"Müğənni Sevda Yəhyayevanın konsertini keçirdən zaman arxamca danışmağa başladılar, məni fırıldaqçı hesab edənlər oldu. Hazırda da Eldar Dalqatov ilə Sevinc Ağaşirinovanın konsertini təşkil etmək ərəfəsində yenə haqqımda mənfi fikirlər səsləndirməyə başlayıblar. Demək istəyirəm ki, ay binamuslar, biqeyrətlər sizin nəyinizi istifadə edib, pulunuzu verməmişəm? Qeyrətiniz varsa, gəlin sözünüzü üzümə deyin. Hər yeni layihəmdə çalışırlar ki, məni nüfuzdan salsınlar".

Bunu AzNews.az-a təşkilatçı-prodüser Samir Xattab deyib. O, bildirib ki, haqqında yayılan bu cür neqativ fikirlərə görə, hamıdan şübhələnir:

"Mənə danışılanlardan təxmin edirəm ki, bu, bir nəfərin işi deyil. Özümdən başqa hamıdan şübhələnirəm. Çünki şou-biznes elə iyrənc yerdir ki, duz-çörək kəsdiyin insan arxanca danışır. Həmçinin, keçən dəfə DJ Çinanın sosial şəbəkədəki şəxsi səhifəsinə təhdid mesajları göndərmişdilər. Ona demişdilər ki, Samirin tədbirinə qatılsan, sənçün yaxşı olmayacaq".

Qeyd edək ki, təşkilatçı noyabr ayının 3-də Bakıda tanınmış müğənni Eldar Dalqatovun konsertini təşkil edəcək. Azərbaycan tamaşaçılarının qarşısına çıxacaq E.Dalqatov canlı performansıyla səhnədə tək deyil, azərbaycanlı həmkarı Sevinc Ağaşirinova ilə görünəcək.

Fuad Mədətov
AzNews.az