Sədr müavini istefasından danışdı

3 Oktyabr 2012 08:24 (UTC+04:00)
"Heç vaxt KXCP-ni tərk etmərəm. Bunu AzNews.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ədalət Yusubov deyib.

O bildirib ki, bu barədə mətbuata məlumat verə bilməz: "Çünki mənim partiyada dostlarım var, onlarla birgə məsləhətləşmək lazımdır. Mən partiyadan tamamilə uzaqlaşmıram.

Sadəcə, sədr müavinliyi vəzifəsindən istefa verirəm. Amma fəaliyyətimi partiyanın Salyan rayon təşkilatının sədri kimi davam etdirəcəm. İstefa verməyimin səbəblərini partiyanın oktyabrın 7-də keçiriləcək iclasında açıqlayacam".

Partiya funksioneri deyib ki, o, həmçinin yeni yaranmış Demokratik Birlik Partiyasında fəaliyyət göstərəcək.

İlkin
AzNews.az