Əhəd Abıyevin qardaşı yeni vəzifəyə təyin olundu

3 Oktyabr 2012 08:32 (UTC+04:00)
Polis polkovniki Zəfər Abıyev DİN-də Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə aldı. Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Zəfər Abıyev akreditasiya müddətinin başa çatması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi vəzifəsindən bu günlərdə geri çağırılıb.

"Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsinin akreditasiya müddəti bitdiyindən geri çağrılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin edilib. Polis polkovniki Zəfər Abıyev isə Daxili İşlər Nazirliyində məsul vəzifəyə təyin olunub. O, nazirlikdə Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə tutacaq"-deyə Orxan Mansurzadə qeyd edib.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.

AzNews.az