Vaqif Səmədoğlu dəfn olundu - Atasının yanında

29 Yanvar 2015 14:36 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılıb və dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.


Mərhumun ruhuna dualar oxunub.