Səfər Əbiyev səfirlə görüşdü

3 Oktyabr 2012 08:48 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, diplomatik fəaliyyəti ilə bağlı yeni səfirə uğurlar arzulayan müdafiə naziri görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin zəruriliyinə toxunub.

İlkin
AzNews.az