Televiziyaya basqın edən gəncin kimliyi məlum oldu - FOTO

30 Yanvar 2015 09:00 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Həmin şəxsin adının Tarık Zahzah və əlindəki silahın da saxta olduğu müəyyənləşib.

Qeyd edək ki, dünən gecə baş verən olayda Tarık Zahzah polislər tərəfindən saxlanılıb.

Prokuror İohan Bac keçirdiyi mətbuat konfransında Tarık Zahzahın Pijnacker şəhərində yaşadığını və TU Delft Universitetinin kimya fakültəsinin birinci kurs tələbəsi olduğunu açıqlayıb.

Hadisə NOS televiziyasında təşvişə səbəb olub, telekanal əməkdaşları binanı tərk edib. Polis əməkdaşları televiziya binasında təhlükəsizlik tədbiri görüb və bina üzərində vertolyotlarla nəzarəti təmin etməyə çalışıb.

Sakit davranışları ilə diqqət çəkən Tarık Zahzah efirdə çox mühüm məsələləri izah edəcəyini və kəşfiyyat təşkilatları tərəfindən tapşırıq verildiyini iddia edib.