“Qalatasaray” ikinci görüşü də uduzdu
3 Oktyabr 2012 09:07 (UTC+04:00)
Dünəndən etibarən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start verilib. AzNews.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda "Şaxtyor" (Ukrayna) klubunu qəbul edib və görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər görüşdə "Nordsjaelland" (Danimarka) "Çelsi" (İngiltərə) klubunu sınağa çəkib. London təmsilçisini darmadağın edib - 4:0.
F qrupunda iki lider - BATE (Belarus) və "Bavariya" (Almaniya) komandaları üz-üzə gəlib. Belarus çempionu bu görüşdə də qələbəyə sevinib - 3:1. İspaniyada isə "Valensiya" Fransanın "Lill" klubu ilə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi "Lill" üzərində inamlı qələbə qazanıb - 2:0.
G qrupunda Moskva "Spartak"ı doğma azarkeşləri önündə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Gərgin keçən görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qrupun lideri "Barselona" isə Portuqaliyada "Benfika"nın qonağı olub və inamlı qələbə qazanıb - 2:0.
H qrupunun favoriti "Mançester Yunayted" klubu bu turda Rumıniyaya səfər edib. Burada İngiltərə nəhəngi "CFR Kluj"la üz-üzə gəlib. Robin Van Persi komandasına növbəti dəfə qələbə qazandırıb - 2:1. Son Türkiyə çempionu "Qalatasaray" isə evdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb və ikinci görüşünü də məğlub başa vurub - 0:2.
Qeyd edək ki, ikinci turun qalan görüşləri bu gün keçiriləcək.
AzNews.az