Baş rejissor vəfat etdi

30 Yanvar 2015 18:00 (UTC+04:00)



O, 1955-ci ildə Bərdə rayonu, Xanqaraqoyunlu kəndində anadan olmuşdu.

AzNews.az modern.az-a istinadən xəbər verir ki, mərhum 1994-cü ildən Ağdam Dövlət Dram Teatrının baş rejissoru işləyirdi. Bu vəzifədə çalışdığı müddətdə Elxan Mikayılov Cəfər Cabbarlının "Solğun çiçəklər", Şıxəli Qurbanovun "Sənsiz", Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və digər əsərlərə quruluş verib.