İlham Əliyev keçmiş xarici işlər naziri ilə görüşüb

3 Oktyabr 2012 11:20 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Həmçinin, Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Daha sonra Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlkin
AzNews.az