ARDNŞ qalibə 1500 manat vəd etdi

3 Oktyabr 2012 11:31 (UTC+04:00)
ARDNŞ-nin Bakı Ali Neft Məktəbinin loqotipinin hazırlanması üzrə müsabiqənin vaxtı oktyabrın 20-dək uzadılıb. Bununla yanaşı müsabiqə qalibinə veriləcək mükafatın məbləğı də artırılaraq 1000 manatdan 1500 manata çatdırılıb.

Neft Şirkətindən verilən məlumata görə, hazırlanacaq loqotipdə BANM-ın Azərbaycan ali təhsil sisteminə gətirdiyi yeniliklər, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır.

Müsabiqədə reklam agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az