Millimizin rəqibi heyətini açıqladı

3 Oktyabr 2012 11:57 (UTC+04:00)
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində oktyabrın 16-da Moskvadakı Lujniki stadionunda millimizlə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlandı.

Rusiya millisinin heyətində qapıçılar - İqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Anji"), Anton Şunin ("Dinamo"), müdafiəçilər - Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi - "Zenit"), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı - MOİK), Vladimir Qranat ("Dinamo"), Andrey Yeşenko ("Lokomotiv"), yarımmüdafiəçilər - Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi - "Spartak"), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı - "Zenit"), Denis Qluşakov, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı - "Lokomotiv"), Alan Dzaqoyev (MOİK), hücumçular - Aleksandr Kokorin ("Dinamo"), Aleksandr Kerjakov ("Zenit"), Artyom Dzyuba ("Spartak") və Maksim Qriqoryev ("Lokomotiv") yer alır.

Ədil
AzNews.az