Azərbaycanlı iş adamı Putinlə görüşdü – Yardım istədi (VİDEO)

2 Fevral 2015 14:53 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Vahid Ələkbərov prezidentlə görüşdə bildirib ki, onun rəhbərlik etdiyi şirkət neft istehsalını əvvəlki kimi 86 milyon ton həcmində saxlamaq niyyətindədir.
Azərbaycanlı iş adamı yeni layihələrin həyata keçirilməsi üçün Putindən dəstək istəyib: "Rusiya rəhbərliyi neft yataqlarının kəşf edilməsi üçün "LUKoyl"un nəzərdə tutulan yeni layihələrini dəstəkləyir. Bu baxımdan dəstək üçün mən sizə müraciət edirəm. Bilirsiniz ki, yeni yataqların tapılması, kəşfiyyatı və istismara verilməsi prosesi günü-gündən çətinləşir, çünki biz yalnız quruda neft çıxara bilirik. Xəzər dənizində isə yalnız bir neft yatağı tapmışıq. İndi orada geoloji-kəşfiyyat işlərilə məşğuluq".

Qeyd edək ki, "LUKoyl" şirkəti ötən il neft istehsalını 7 faiz artıraraq 97.2 milyon tona çatdırıb. Bunun 86.3 milyon tonu Rusiyanın, 10.9 milyon tonu isə digər dövlətlərin payına düşür.