Məşhur “National Danish Perfomance Team” Bakıda – FOTOSESSİYA

3 Oktyabr 2012 12:01 (UTC+04:00)
Danimarkanın dünyaca məşhur rəqs qrupu "National Danish Perfomance Team" (NDPT) Bakının qonağı olacaq. AzNews.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəvəti ilə şəhərimizə təşrif buyuracaq və ifalarında əsasən akrobat rəqslərinə üstünlük verən rəqs qrupunun Bakıda bir neçə çıxışları olacaq. 10 günlük səfər çərçivəsində Danimarka rəqqasları Bakıda master-klasslar keçəcək, mədəni əlaqələrin qurulması yönündə bir sıra görüşlər baş tutacaq.

Eləcə də, dünya turneləri çərçivəsində oktyabrın 8-də Bakıda, İdman Sarayında özlərinin gimnastika və akrobatika şousunu nümayiş etdirəcəklər. Yaddaqalan şou saat 19:00-da başlayacaq. Konsertdən bir neçə gün əvvəl qrup yerli media mənsubları ilə görüşəcək və onların müvafiq suallarını cavablandıracaq.

Dünyanın bir çox ölkələrində öz şouları ilə böyük maraq qazanan "National Danish Perfomance Team", 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup hər il tur menecerləri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.

Fuad Mədətov
AzNews.az