“Sən elə danışdın ki, məni ağlamaq tutdu” - Oqtay Əsədov

2 Fevral 2015 15:47 (UTC+04:00)

AzNews.az Lent.az-aistinadən xəbər verir ki, çıxış edən deputat E. Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb və bunu təklif edib.

O. Əsədov deputatın təklifinə belə cavab verib: "Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır. Heç bir təzyiq-filan, yaxud çətinlik yoxdur. Bir az danışanda, nəsə təklif verəndə diqqətli olmaq lazımdır. Axı bura parlamentdi..".