Ermənistanın reytinqi aşağı salındı

3 Fevral 2015 10:36 (UTC+04:00)


AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat agentliyin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, ölkənin reytinqi "BB-"-dən "B+"-ə endirilib. Agentliyin analitikləri həmçinin Ermənistana Rusiya iqtisadiyyatından neqativ təsirlərin müşahidə olunduğu bildirib.

Qeyd olunur ki, bu, ölkənin iqtisadiyyatına mənfi təsir edəcək. Həmçinin 2015-ci ildə Ermənistan iqtisadiyyatının ölümcül durğunluq dövrünü yaşayacağı proqnozlaşdırılır. Buna əsas kimi isə Rusiyada baş verən tənəzzül, eləcə də milli valyutaya təzyiqin güclənməsidir.

Qeyd edək ki, transfertlər Ermənistanın ümumi daxili məhsulunun 15%-ni təşkil edir. 2014-cü ildə bu rəqəm 30% azalıb. Ölkəyə transfertlərin 90%-i isə Rusiyadan daxil olur. Onu da xatırladaq ki, bundan öncə "Moody" təşkilatı Ermənistanın reytinqini "Ba2"-dən "Ba3"-ə endirmişdi.