Tanınmış yazıçıya vəzifə verildi
3 Fevral 2015 11:07 (UTC+04:00)
Məlumatı AzNew.az-a S.Sədaqətoğlunun özü təsdiq edib.
Teatr sahəsinə kifayət qədər bələd olan S.Sədaqətoğlunun bir neçə pyesi teatrlarda tamaşaya qoyulub və bir sıra mükafatlara layiq görülüb. Ötən mövsüm onun ssenarisi əsasında çəkilərək Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan "Toy gecəsi" serialı geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.
Qeyd edək ki, Samir Sədaqətoğlu Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. S. Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc nasiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına "Ugur" mükafatlarını alıb. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında Xalq artisti, "Şöhrət" ordenli rejissor Cənnət Səlimovanın quruluş verdiyi "İtən vaxt" əsəri "Üfüq XXI" IV Respublika Monotamaşalar Festifalında Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi mükafatına layiq görülub.
2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr" müsabiqəsində "Yerə-göyə sığmayan", "Bir redaksiyada" və "Azadlıq həzzi" pyesləri ilə iştirak edib və ikinci yeri qazanıb. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunub, bir pyesi festifalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı" nominasiyasının qalibi olub. 2011-ci ildə "Yerə-göyə sığmayan" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tamaşacılara təqdim olunub. "Həbsxanada bayram" dramı Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri" çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunub və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosasiyasının Moskvada nəşr olunan "MDB-nin ən yaxşı gənc dramaturqları" kitabına daxil edilib. O, 10-a yaxın pyesin və bir neçə sənədli və bədii filmin ssenari müəllifidir.
Samir Sədaqətoğlu Yeni Yazarlar və Sənətçilər Qurumunun "Yeni nəsil yazarı" nominasiyasının qalibi olan "İtən vaxt" kitabının müəllifidir.
Bahar RÜSTƏMLİ
AzNews.az