“Cinsi ehtiyaclar üçün kişilərə pul verilsin” - TƏKLİF
3 Fevral 2015 17:10 (UTC+04:00)
O, subay kişilərə cinsi ehtiyaclarını ödəmək üçün hər ay 75 türk lirəsi verilməsini istəyib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 illik millət vəkili qadınlara qarşı şiddətin və cinsi təcavüzlərin qarşısını bu yolla almağın mümkünlüyünü qeyd edib: "Mən bu vaxta qədərki müşahidələrimə əsasən deyə bilərəm ki, qadınlara qarşı şiddətin və cinayətlərin 80 faizi cinsi tələbatın ödənilməməsindən qaynaqlanır. 10 faizi də kişilərin evdən uzaqlaşdırılma qərarı ilə bağlıdır. Onlar bu qərarı həzm edə bilmirlər və aqressivləşirlər".
Məsələyə baxan komissiya təklifi rədd edib.
Nigar