İcra başçısı “Xəcalət”də
3 Oktyabr 2012 14:31 (UTC+04:00)
Akademik Milli Dram Teatrı bu gün Şamaxıdan səfərdən qayıdıb. Bunu AzNews.az-a xalq artisti Nurəddin Mehdixanlı dedi.
Yaradıcı heyət Şamaxı teatrsevərləri qarşısında H.Mirələmovun "Xəcalət" tamaşası ilə çıxış edib. Bəhram Osmanovun quruluşunda təqdim olunan tamaşa Şamaxı teatrsevərlərinə gün ərzində iki dəfə təqdim olunub: "Tamaşa iki dəfə nümayiş olundu.
Bir seans saat 11-də, ikincisi isə 17-də. Rayonun ziyalıları, elm və mədəniyyət adamları, şəhər icra nümayəndəliyi, ən nəhayət, İcra Hakimiyyətinin rəsmiləri hamılıqla tamaşada iştirak edirdi".
Bahar Rüstəmli
AzNews.az