Nizaminin yubiley tədbirləri İranı hiddətləndirib

3 Oktyabr 2012 12:47 (UTC+04:00)
Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunduğu ərəfədə İran mətbuatında şairin fars kimi təqdim edilməsi cəhdləri artıb. Bu qəbildən son material İranın arannyus.ir saytında yayılıb. Sayt "Farsdilli Nizami Gəncəvi həmişə İranın bir hissəsi olan şəhərdə dünyaya gəlib" deyə yazıb.

Məqalədə həmçinin, qeyd olunub ki, Azərbaycanda Nizamiyə həsr edilən gecədə onun İran şairi olması barədə bir kəlmə də danışılmayıb: "Tədbirdə ancaq o qeyd olundu ki, Nizami Gəncədə dünyaya gəlib".
Məlumat üçün bildirək ki, bundan əvvəl İranın mədəniyyət və islami-irşad nazirinin müavini Bəhman Darı də Nizamini "İran şairi" adlandırmışdı.

Alpər
AzNews.az