Ukraynanın daha iki təyyarəsi vuruldu - Müharibə

3 Fevral 2015 21:42 (UTC+04:00)


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, `DXR Müdafiə Nazirliyinin` mətbuat xidmətinin sözçüsü Edward Basurinin məlumatına görə, bu gün, Moskva vaxtı ilə 14:25 - də DXR - in HHM qüvvələrinin hissələri Ukraynanın iki Su - 25 hücumçu təyarəsini məhv edib.

Basurinə görə, bu təyatayarələrdən biri separatçılar tərəfindən nəzarətdə saxlanılan Komissarovka yaşayış məntəqəsindən bir kilometr cənub-qərbində yerə düşüb. İkinci hücumçu Chernuxinin cənub-qərb ətrafında yerə dəyərək partlayıb. TASS informasiya agentliyinin məlumatına görə, pilotların biri katapultasiyadan istifafə edə bilib. Separatçılar onu axtarır.

Onu da qeyd edək ki, "Lugansk Xalq Respublikası" separatçıları əvvəllcə təyyarələrin Ukrayna döyüşçüləri tərəfindən vurulması barədə məlumat yaymışdılar.