Ağır ürək xəstələrinə süni “qapaqlar“ veriləcək - PULSUZ (VİDEO)

3 Fevral 2015 22:54 (UTC+04:00)


Həkimlər hesab edir ki, belə pasientlərin yalnız süni qapaqlardan (klapan) istifadə etməklə xilası mümkündür. Belə qapaqlar adətən çox bahalı materiallardan hazırlandığı üçün hamının bu məbləği ödəməyə təbii ki, imkanı çatmır. Buna görə də, Rusiya hökuməti sayı minlərlə olan belə xəstələrə həyati vacib olan ürək qapaqlarını pulsuz vermək qərarına gəlib.

Belə ki, Moskva Klinik Kardiologiya İnstitutunda haqqında söhbət açdığımız əməliyyatdakı xəstənin əvvəllər bu ağır əməliyyatın xərcini ödəməyə imkanı olmayıb. Ümumiyyətlə, belə əməliyyatı aparmaq tibbdə əks göstəriş olub, yeni metodların işlənməsinə isə dövlət pul ayırmayıb.
İndi isə vəziyyət dəyişib.

A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutunun direktoru İrina Çazovun sözlərinə görə, Rusiyanın hazırki vəziyyətinin ağır olmasına baxmayaraq, dövlət hesab edir ki, belə ağır xəstələrə kömək etmək üçün bu addımı atmaq vacibdir.